Tarixən bir messiya qədəmi ilə meydana çıxmış mətbuat yaranışının lap ilk çağlarından hakimiyyət və cəmiyyət münasibətlərinin, dövlət idarəçiliyinin demokratikləşməsi yolunda öz missiyasını yerinə yetirməkdədir.
Hər bir ölkənin, hər bir dövlətin və hər bir millətin demokratik inkişaf yolu mütləq mətbuatdan keçir. Hələ sağlığında klassik yazıçı statusunu qazаnmış A.Soljenitsın özünün demokratik ideyalı əsərlərinə görə 1975-ci ildə SSRİ vətəndaşlığından məhrum edildi və o, rəsmi olaraq ölkədən çıxarıldı. Böyük fransız yazıçısı Sartrın dili ilə desək, Qərb ölkələrində əsl sənətkara, Şərq ölkələrində isə üsyançılara təqdim olunan Nobel mükafatını alarkən Soljenitsın söylədiyi nitqində demişdi: «Dünyada rus olmaqdan böyük faciə yoxdur». O zaman sovet mətbuatı onun çıxışında bu cümləni kontekstdən çıxararaq oxucuya beləcə təqdim etmiş və Soljenitsını antivətənpərvərlikdə günahlandırmışdı. Uzun illər keçdi və biz SSRİ-nin süqutundan sonra öyrəndik ki, Soljenitsın «dünyada rus olmaqdan böyük faciə yoxdur» - deyəndə yalnız ənənəvi rus senzurasını- hələ XVII- əsrin birinci yarısından özünü qeyri-rəsmi, 1804-cü ildən isə dövlət sənədi ilə rəsmiləşən senzuranı nəzərdə tutaraq öz çıxışında belə bir qənaətə gəlmişdi.
Rusiyanın və sonralar onun varisi olan SSRİ-nin dəmir senzura şəraiti elə Rusiyanın və ona daxil olan digər milli respublikaların iki əsrə qədər bir müddətdə Avropadan geri qalmasına səbəb olmuşdu. Böyük M.Ə.Rəsulzadənin «O xalq xoşbəxtdir ki, onun azad mətbuatı olsun» məlum ifadəsi də azad sözün, azad mətbuatın, demokratik dəyərlərin hər bir millətin inkişafındakı yerini dəqiq ifadə edir. Millətini, ölkəsini hər şeydən uca tutan bütün dahi şəxsiyyətlər dövlət idarəçiliyi sistemində azad mətbuatın, jurnalistikanın qiymətini yaxşı dərk etmiş və bunun üçün ən çətin ağrılara, təzyiqlərə dözmüşlər. Azərbaycan məmələkətinin, millətinin və dövlətinin möhtəşəm təəssübkeşlərindən biri və birincisi olan Heydər Əliyev sovet senzura sisteminin dəmir qaydalarını hamıdan yaxşı bilən və dəmir qaydalardan hamıdan çox narahat olan bir millət fədaisi kimi sovet dönəmində fəaliyyəti boyu Bəxtiyar Vahabzədə, Rəsul Rza, Anar, Elçin, Məmməd Araz, Xəlil Rza və s. kimi onlarca yaradıcı vətən cəfakeşini repressiyalardan qorumaq missiyasını öz üzərinə götürmüş, bəzən risqə gedərək bu missiyanın ağrılarını da yaşamağa məcbur olmuşdur.
Azərbaycanın yeni müstəqillik çağının və yeni Azərbaycanın arxitektoru vəzifəsini çiyninə götürən H.Əliyev ilk növbədə ölkədə söz və mətbuat azadlığının dönməz təminatçısına çevrildi. Ulu öndər dərhal bəyan etdi: «Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüququ dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik islahatların həyata keçirilməsi, Azərbaycan dilinin inkişafı sahəsində düzgün istifadə edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir». Bu fikirlər deklorativ sözlər deyildi. Azərbaycan uğrunda həyatını belə əsirgəməyən bu böyük mücahid bunları dövlət siyasəti səviyyəsinə qadlırırdı və bir azdan söz və mətbuat azadlığına xeyli dərəcədə nail olduqdan sonra qururla dedi: «Müstəqil, demokratik və hüquqi dövlət quruculuğu prosesini yaşayan Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuat və informasiya sahəsində də demokratiya prinsiplərinə dönmədən əməl olunur. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasında təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm, mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir».
Bir az da keçəcək və Prezident H.Əliyevin Azərbaycandakı demokratik dövlət quruculuğu təcrübəsi dünyanın ünlü populyar jurnalları sırasında olan «Oqonyok» dərgisinin Azərbaycana həsr olunmuş xüsusi nömrəsində (1996) özünə yer alacaq və bu jurnalın təqdimat mərasimində Prezident H.Əliyev jurnalistikanın yeni nəzəri konsepsiyasını yaradan bir elmi şəxsiyyət kimi də hər kəsi heyran qoyasaq. Bu böyük nəzəriyyəçi və praktik insan «Oqonyok» jurnalının 1990-cı illərdəki - Rusiyanın müstəqillik əldə etdikdən sonrakı nömrələrini əsl müstəqil mətbuat nümunəsi kimi qiymətləndirir, jurnalın Azərbaycana həsr edilən xüsusi buraxılışını «hadisə» adlandırırdı. Ulu öndər jurnalın təqdimat mərasimindəki çıxışında deyirdi ki, «mətbuat-jurnallar, qəzetlər, kütləvi informasiya vasitələri insanlara, cəmiyyətə, siyasi xadimlərə və dövlət xadimlərinə çox güclü təsir göstərir». H.Əliyev bu anda fürsətdən istifadə edərək çox hörmət etidyi jurnalist əməyini belə qiymətləndirirdi: «Jurnalistlərin əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, sox səylər göstərilməsini, hətta, cəsurluq, hünər tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir. İnsanın daxilində bu peşəyə xüsusi bir meyl, ehtiras olmasa, o jurnalist peşəsinin öhdəsindən gələ bilməz». Bu fikir bütövlükdə jurnalistlərə aiddir, həm də universitetlərin jurnalistika ixtisasını seçməkdə olan abituryentə və artıq bu peşəni seçmiş birinci kurs tələbəsinə çox dəyərli bir məsləhətdir. Seçdiyin ixtisasın çətinliyi də, şərəf və ləyaqəti də bu sözlərdə özünün nəzəri əksini tapıb. H.Əliyev həmin mərasimdə jurnalistikanın və jurnalistin cəmiyyətdə yerini belə müəyyənləşdirir: “Əlbəttə, bizim hər birimiz jurnalistdən obyektivlik, düzlük, səmimilik gözləyirik. Lakin jurnalistlər bu və ya digər qüsurları aşkara çıxararaq, nöqsanları aşkara çıxararaq qanuna, Konstitusiyaya zidd faktları aşkara çıxararaq bəlkə də başqalarına nisbətən sözü üzə daha şax və açıq deyir, bəzən də xoşagəlməz olurlar. Bununla bərabər onlar cəmiyyətin demokratikləşməsi işinə, siyasi plüralizm prinsipinin bərqərar olmasına və dərinləşməsinə olduqca böyük kömək göstərirlər”. Bu fikirlər böyük dövlət başçısının mətbuatla bağlı fəaliyyət kredosudur və o ömrü boyu bu kredonu heç nəyə dəyişmədi. Yeri gələndə bəzi jurnalistləri məzəmmət də etdi, amma məzəmmətində də jurnalistə müsbət münasibətini göstərdi: «Hərçənd bəzən onlar da (jurnalistlər - C.M.) ifrata varırlar, elə jurnalistlər də olur ki, onlar tamahkarlıq məqsədi ilə və ya başqa məqsədlərlə qeyri-səmimi, qeyri obyektiv yol tutur və bütövlükdə jurnalist peşəsinə böyük xələl gətirir və təbii olaraq, həyatın və cəmiyyətin bu və ya digər sahəsinə düzəldilməsi mümkün olmayan zərər vururlar. Lakin mən bunu müəyyən mənada təbii hal sayıram: dünayada ideal heç nə yoxdur və heç kəs iddia edə bilməz ki, o hər şeyi ideal sürətdə edir. Bu nöqsanlar, bu qüsurlar, bu çatışmazlıqlar jurnalistlərin gördükləri çox böyük işlə müqayisədə çox cüzi bir şeydir». Bu, jurnalistikanı, onun dünya təcrübəsini çox yaxşı bilən bir dövlət başçısının demokratik dəyərləri müdafiə naminə söylədiyi fikirlərdir.
Daha bir az keçəcək və Ümummilli lider statusu qazanmış bu dövlət başçısı milli mətbuatımızın 125 illiyi münasibəti ilə imzalandığı fərmanda ictimai həyatda mətbuatın rolunu elmi şəkildə yüksək qiymətləndirəcək və istər 1918-ci ildə, istərsə də yeni dövrdə Azərbaycanın müstəqillik qazanmasında kütləvi informasiya vasitələrinin mühüm rolunu ayrıca vurğulayacaqdır.
Azərbaycanda mətbuatın tam demokratikləşməsi, formalaşması üçün H.Əliyev tez-tez jurnalist korpusu ilə görüşlər keçirirdi. Bu görüşlərdə jurnalistləri təmkinlə, axıradək dinləyir, onların problemlərini həll edirdi. Və bu görüşlərdə prezident sovet-kommunist mətbuat modelinin cəmiyyətə vurduğu zərəri, senzuranın yolverilməzliyini diqqətə çatdırır, Aəzrbaycanda jurnalist müstəqilliyinin təmin olunması üçün tədbirlər planını həyata keçirirdi. 1998-ci il 6 avqust tarixli fərmanı ilə ölkədə senzuranın bütün qalıqlarını ləğv etməsi, redaksiyaların dövlət nəşriyyatlarına borclarının dondurulması və nəticə etibarilə bağışlanılması, qəzet kağızına vergilərin aradan qaldırılması kimi onlarca tədbir bu görüşlərin real nəticələridir. Həmin görüşlərdə H.Əliyevin ortaya qoyduğu nəzəri-praktik konsepsiyalar mətbuatımızın inkişafında, peşəkar jurnalistin qərəzsiz, vicdanlı, balanslı fəaliyyətində, jurnalistikanın nəzəri modellərinin inkişafında çox böyük rol oynamışdır: «Mətbuat, ya müstəqil mətbuat, yaxud müxalifət mətbuatı təbiidir ki, cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid etməklə, həm iqtidara, həm də cəmiyyətin bu nöqsanlardan təmizlənməsinə kömək etməlidir». Bu, nəzəri bir konsepsiyadır, jurnalistin praktik fəaliyyətinin kodudur. Yaxud: “... mən bütün mətbuatın, təkcə müstəqil mətbuatın yox, müxalifət mətbuatının yox, dövlət mətbuatının da məhz bu yolla getməsini istəyirəm. Dövlət mətbuatı yalnız iqtidarı təbliğ etmək, iqtidarın qanunlarını, qərarlarını şərh etmək yolu ilə getməməlidir. O da bizim bütün işlərimizdə olan nöqsanları, qüsurları aşkara çıxarmalıdır, tənqid etməlidir”. Bu sözlərdə ölkə başçısının tənqidə, sağlam tənqidə necə böyük hörmət etdiyi aydınca görünür. Həm də bu fikirdə bəzən hansısa istiqamətinə görə birtərəfli fəaliyyətə üstünlük verən mətbuat qurumlarına nəzəri bir mesaj vardır. Bu mesaj müasir mətbuatın problemlərini qaldıran və bu problemlərin həlli yollarını göstərən nəzəriyyəçilərin fikirləri ilə tam üst-üstə düşür. Zəmanəmizin böyük filosofu Səlahəddin Xəlilov “Azərbaycan Respublikasının müstəqillik illərində keçdiyi inkişaf yolunun fəlsəfi təhlilinə və bu müstəqilliyin dönməzliyinin təminatçısı olan cənab Heydər Əliyevin ideyalarının elmi-nəzəri şərhinə həsr olunmuş” “Lider. Dövlət. Cəmiyyət” kimi fundamental əsərində göstərir ki, “əsl mətbuat kimlərinsə mənafeyinə yox, milli mənafeyə xidmət etməlidir. Hətta iqtidara və müxalifətə xidmət etmək belə əsl mətbuat üçün başucalığı gətirmir”.
H.Əliyev jurnalistlərə təzyiq göstərilməsinin yolverilməzliyini dönə-dönə bildirmişdir. O, bir dövlət başçısı kimi jurnalistlərə yalnız tövsiyələrini bildirirdi. Görüşlərinin birində jurnalistlərə müraciətlə deyir: “Sizə bir neçə tövsiyəm var. Birincisi ondan ibarətdir ki, bizim mətbuatda gərək Azərbaycanın milli mənafeələrinə zərər gətirən şeylər dərc olunmasın. Amma təəssüf ki, dərc olunur”. Sonra Prezident Ermənistan mətbuatında Azərbaycana qarşı böhtan dolu bir yazının bizim bir qəzetdə yer almasına təəssüfünü bildirir və belə məqamlarda düşmən dəyirmanına su tökən jurnalistləri ədalətə çağırır. Ümummilli liderin həmin fikri və tövsiyyələri bəlkə bu gün daha artıq aktuallıq kəsb edir...
Heydər Əliyev jurnalistikaya və jurnalistlərə böyük qayğısına, medianın nəzəri konsepsiyasının zənginləşməsinə, ölkədə kütləvi informasiya vasitələri sisteminin sürətli inkişafına göstərdiyi dövlət köməyinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdü. O mükafatın təqdim olunma mərasimində də Ulu öndər ölkədə demokratik dəyərlərin formalaşması prosesində mətbuatın, teleradionun misilsiz xidmətini xüsusi qeyd etdi, jurnalistlərin əməyini bir daha yüksək qiymətləndirdi və bu peşə sahiblərinə bəzi gileylərini də dilə gətirdi. O, bəzi jurnalistlərin ucuz sensasiya dalınca qaçmalarını tənqid etdi, amma jurnalistikanın bütün incəliklərinə ən yaxşı nəzəriyyəçi və peşəkar bələdçiliyi ilə yarızarafat, yarıciddi belə bir fikri də gizlətmədi: “Bilirəm – dedi – sensasiya yaratmayanda sizi oxumurlar, amma sensasiyada da həqiqət prinsipinə sadiq olmalısınız”. Bəli, bu da H.Əliyevin jurnalistikaya dair nəzəri görüşləri silsiləsinə aid olan çox maraqlı bir fikir idi...
Yuxarıda da qeyd etdiyimiz kimi, müntəzəm xarakter alan bu görüşlərin jurnalistikamızın inkişafına çox böyük köməyi olurdu. Məhz buna görə də ölkənin inkişaf prosesinin bütün məqamlarında H.Əliyev məktəbinə söykənən Prezident İlham Əliyev jurnalistlərə göstərilən dövlət qayğısına, tənqidi yazılara tolerant münasibətinə, media əməkdaşlarının sosial şəraitinin yaxşılaşdırılamasına, qəzet, jurnal redaksiyalarının maliyyə məsələlərini həll etmək məqsədilə yaratdığı yardım fonduna və s. tədbirlərinə görə iki dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür. Onun da media işçiləri ilə görüşlərindən doğan tədbirləri sayagəlməzdir. Və ... ayrıca olaraq 2013-cü il noyabrın 23-də “Jurnalistlərin dostu” mükafatının təqdimatı zamanı media nümayəndələri ilə keçirdiyi geniş tədbirli görüşdən doğan təəssürat burada iştirak edən hər bir jurnalistin qəlbində dərin izlər buraxdı.
Prezidentə “Jurnalistlərin dostu” mükafatını təqdim edən Mətbuat Şurasının sədri Ə.Amaşov öz çıxışında Azərbaycan jurnalistika məktəbinin H.Əliyev dərslərini xatırlatdı və onun dövlətçilik ənənələrinin davamçısı olan İ.Əliyevin mediaya göstərdiyi qayğı faktlarını bir daha məclis iştirakçılarının nəzərinə çatdırdı.
Azərbaycan jurnalistlərinin və bütövlükdə Azərbaycan cəmiyyətinin fikrini ifadə edən Ə.Amaşov əvvəlcə Prezidentin media ilə bağlı “önəmli yaşantılarını xatırlatdı. Onun mətbuat ənənələrinə hörmətini, müasir mətbuatın inkişafı ilə bağlı sərəncamlarını xatırlatdı və xüsusi olaraq qeyd etdi ki, “ölkə mediası Prezidentimizin səyləri nəticəsində, sözün əsl mənasında, keyfiyyət dəyişiklikləri dövrünü yaşayır. Artıq internet Azərbaycan vətəndaşlarının operativ informasiya tələbatını ödəyən dünyəvi ünsiyyət vasitəsinə çevrilibdir.
Doğrudan da çoxsaylı internet, televiziya və radiolar on minlərlə insana yenilikləri çatdırır. Facebook şəbəkəsi ölkənin bir milyondan çox vətəndaşını əhatə edir. Otuz mindən çox bloqqer sərbəst və maneəsiz fikir və mülahizələrini cəmiyyətlə bölüşür. Jurnalist ictimaiyyətimiz bütün bunları, 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasının məntiqi nəticələrini əyani surətdə görür və dəyərləndirir. Mətbuat Şurası da fəaliyyətini zamanın tələblərinə uyğun şəkildə qurur. Bilavasitə peşəkarlıq prinsiplərinin onlayn medianı da əhatə etməsinə yönələn layihələr reallaşdırır”.
Ə.Amaşov görüş iştirakçılarının fikrini ifadə edərək göstərdi ki, son beş ilin mühüm yeniliklərindən biri də KİV-lərə dövlət dəstəyinin sistemli mexanizminin yaranmasıdır. Bu, özünü mətbuat orqanlarının maddi-texniki bazasının möhkəmlənməsində, jurnalistlərin peşəkarlığının yüksəlməsində göstərməkdədir. Davamlı proseslər ictimai missiya yerinə yetirən jurnalistləri təkcə peşələrinə bağlamır, eyni zamanda, medianın cəmiyyətdəki nüfuzunu yüksəldir, ümumən, demokratik cəmiyyət quruluculuğunda dövlətin jurnalistikaya dəyər verdiyini, etimadını bir daha təsdiqləyir. Hamımız yaxşı bilirik ki, bütün bunların qarantı dövlətimizin başçısıdır. Ə.Amaşov insan amilinin, dövlətin vətəndaşına qayğısının üzərində xüsusi dayanaraq dedi ki, bu qayğının sırf jurnalistə yönələn nümunəsinə “Teleqraf.az” saytının baş redaktoru Nicat Dağların şəxsində şahidlik etdik. Bir müddət əvvəl bu jurnalistin həyatı təhlükədə idi, cənab Prezident. Siz çox vacib bir anda insan taleyinə reaksiya verdiniz. Şəxsi göstərişiniz əsasında onun Almaniyada dövlət hesabına müalicəsi təşkil olundu. Bu gün şükürlər olsun ki, o aramızdadır. Belə həssas münasibətinizə görə, Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Ə.Amaşov dövlət başçısına müraciətlə sözünə davam etdi: Möhtərəm cənab Prezident, jurnalistlər cəmiyyətin düşünən beynidir. Onlar hadisə və proseslərə özlərinə xas yanaşmaları ilə seçilirlər. Bu mənada Azərbaycan jurnalistləri Sizin şəxsinizdə təkcə dövlətin onlara göstərdiyi qayğını deyil, eyni zamanda, yeritdiyiniz daxili və xarici siyasət kursunu yaxından izləyirlər. Söz yox ki, onların Sizi özlərinə ikinci dəfə dost seçmələri, eyni zamanda, yüksək səriştəli dövlət adamı olmağınızdan, prinsipial dəst-xəttinizdən, Azərbaycanın dövlət müstəqilliyini qətiyyətlə qorumağınızdan, Vətənimizi beynəlxalq aləmdə layiqincə təmsil etməyinizdən, son 10 ildə ölkəmizi dinamik iqtisadi inkişaf müstəvisinə çıxarmağınızdan, bir sözlə, Azərbaycanın dünya dövlətləri arasında layiqli yerini tutmasından qaynaqlanır”.
Ə.Amaşovun təqdimat mərasimindəki çıxışından gətirdiyimiz bu faktlar Prezidentin jurnalistikaya, media sisteminin inkişafına qayğılarının cüzi bir hissəsidir. O, hakimiyyətə gəldiyi lap ilk vaxtlarda demokratik mətbuata, müstəqil mediaya münasibətini dəqiq olaraq belə ifadə etmişdi: “Azərbaycanda sözün əsl mənasında müstəqil mətbuata, KİV-lərə böyük ehtiyac vardır… Əminəm ki, normal, hüquqi, demokratik dövlətin qurulması işində KİV-lərin çox böyük əhəmiyyəti var və bu əhəmiyyət getdikcə artır”. İctimai Teleradionun açılışı münasibəti ilə hələ 2005-ci ilin avqustunda dediyi bu sözlərlə Prezident İ.Əliyev kütləvi informasiya vasitələrinin müstəqilliyinə zəmanət verirdi. Elə o zaman jurnalistlər onun simasında özlərinə güclü iradəyə, demokratik amala sahib bir dost gördülər. Prezident də jurnalist dostlarına əl uzatdı və onların məhəbbətini qazandı.
Dövlətimizin başçısı xatırlatdığımız mərasimdəki giriş nitqində dedi: “Hörmətli qonaqlar, media nümayəndələri.
İlk növbədə yenidən məni “Jurnalistlərin dostu” mükafatına layiq gördüyünüz üçün sizə minnətdaram. Doğrudan da, mənim üçün böyük şərəfdir ki, ikinci dəfə bu ada layiq görülürəm. Çalışacağam ki, bundan sonra da “Jurnalistlərin dostu” kimi Azərbaycanda azad mətbuatın inkişafı üçün səylərimi əsirgəməyim. Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini “Jurnalistlərin dostu” adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır. Bildiyiniz kimi, Azərbaycanda azad jurnalistikanın yaradılması prosesi 1980-ci illərin sonlarına təsadüf edir. Ondan sonra 1990-cı illərin əvvəllərində bu prosesə daha da böyük təkan verilmişdir. Ancaq sirr deyil ki, 1998-ci ilə qədər Azərbaycanda mediada olan senzura imkan vermirdi ki, mətbu orqanlar tam şəkildə azad və sərbəst fəaliyyət göstərsin. 1998-ci ildə Ulu öndər Heydər Əliyevin qərarı ilə senzuranın ləğv edilməsi bu sahədə də dönüş yaratdı, bu sahədə də Azərbaycanın siyasətini əks etdirdi. Çünki 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın inkişaf konsepsiyası icra edilir. Bu konsepsiyanın əsas istiqamətləri bu gün artıq reallıqdır”.
Prezidentin bu sözlərinə diqqətlə yanaşanda aydın hiss olunur ki, ölkə başçısı demokratiyanın bərqərar olması, hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsi işində medianın və onun peşəkarlarının üzərinə çox böyük vəzifə qoyur. Həm də bu sözlərdə jurnalistikanın çox ciddi nəzəri məsələləri öz əksini tapıb. Bu nəzəri məsələlərin praktikada reallaşma yolları barədə də danışan Prezident jurnalistlərdən faktlara obyektiv yanaşmağı, Azərbaycanın milli maraqlarını qorumağı, daxili mübahisəli məsələləri elə ölkənin özündə müzakirə və həll etməyi məsləhət gördü. Adamlara xoş ovqat bağışlayan hadisələrə daha çox yer verməyi tövsiyə etdi və bununla bağlı dedi: “... cəmiyyətdə müsbət meyllərin inkişafı üçün mən demirəm ki, bütün xəbərlər ancaq xoş xəbərlər olsun. Əlbəttə ki, müxtəlif xəbərlər ola bilər. Amma hər halda burada balans gözlənilməlidir, saxlanılmalıdır ki, Azərbaycan cəmiyyəti həmişə olduğu kimi, nikbin olsun”.
Mən müasir jurnalistikanın nəzəri məsələləri ilə az-çox məşğul olan bir adam kimi bu mətndəki mesajı yaxşı başa düşdüm və elə o anda jurnalistikanın qərəzsizlik, dəqiqlik, balanslılıq kimi ciddi yaradıcılıq prinsiplərinə Prezidentin necə yaxından bələd olduğunu duydum.
Prezidentin mübahisəli siyasi məsələlərə medianın yanaşma metoduna dair elmi fikirləri də bizi çox düşündürməlidir. Xüsusilə onun belə bir fikrini jurnalistika dərsi kimi qəbul etməliyik: “demək istəyirəm ki, siyasi baxışlar müxtəlifdir. Bu, təbiidir. Siyasi mübarizə aparılır, aparılmalıdır. Əlbəttə, mən istərdim ki, bu mübarizə daha çox sivil qaydada aparılsın. Son prezident seçkiləri və ondan sonrakı dövr onu göstərir ki, Azərbaycanda siyasi mədəniyyət artır. Media nümayəndələri, iqtidar-müxalifət nümayəndələri də öz aralarında məsələlərini həll etməlidirlər. Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq. Bugünkü görüş hesab edirəm ki, onu göstərir. Media məsələlərinin, digər məsələlərin həlli ilə bağlı Azərbaycanda heç bir ayrı-seçkilik
yoxdur, ola bilməz”.
Ölkədə azad, demokratik mətbuatın bərqərar olmasını həm özünün şəxsi fəaliyyəti, həm də başçılıq etdiyi dövlətin iradəsi ilə həyata keçirmiş Prezidentin tövsiyələri Vətəni sevən, peşənin beynəlxalq prinsiplərini yaradıcılığı üçün əsas götürən böyük jurnalistlər ordusu üçün yaradıcılıq məktəbidir. Lakin bir sıra hallarda Azərbaycan, Vətən, millət kimi müqəddəs anlayışları nəzərə almamaq, şəxsi mənafeni milli maraqlardan üstün tutmaq meylləri də özünü göstərməkdədir. 2014-cü ildə cəbhə xəttində baş verən hadisələr zamanı və 2015-ci ilin noyabrında ölkədə kadr siyasəti ilə bağlı tədbirlər vaxtında bəzi qəzet və saytların səriştəsiz, qərəzli, hay-küylü yanaşmaları bir daha sübut etdi ki, jurnalistika Ümummilli liderimizin dediyi kimi, “Çox səylər göstərilməsini... tələb edən əməkdir”. Bu səylərin lap əvvəl sırasında isə sahənin qanunlarına dərindən bələd olmaq, etik normalara, beynəlxalq media mühitində qəbul olunmuş peşəkarlıq prinsiplərinə yiyələnmək və ən əsası, peşənin elmi-nəzəri məsələlərinə bağlı mühüm qaydalara sahib olmaq dayanır. Prezidentin jurnalistika dərsləri bizə bunları öyrədir.
Cahangir Məmmədli
Bakı Dövlət Universiteti Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi kafedrasının müdiri,
filologiya üzrə elmlər doktoru, professor