İrəvan tarixi dönüş etdi: Yeni hərbi razılaşma var – “Bir neçə saat sonra…”

İrəvan tarixi dönüş etdi: Yeni hərbi razılaşma var – “Bir neçə saat sonra…” “Bu gün Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar. Tədbir İrəvan vaxtı ilə saat 22:00-da baş tutacaq. Təəssüf ki, bu, Ermənistan üçün tarixi hadisədir”.

Bu sözləri beynəxlaq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.

O bildirib ki, imzalanacaq sənəd Ermənistan və ABŞ hərbi-siyasi ittifaqının əsasını qoyur:

“Şübhəsiz ki, erməni-amerikan münasibətlərinin böyük potensial nümunəsi Ermənistanın ABŞ-ın NATO-dan kənar mühüm müttəfiqi statusunu almasıdır.

Həmçinin İrəvan yeni seçilmiş Prezident Donald Tramp administrasiyası ilə də strateji tərəfdaşlıq sazişinin imzalanması və NATO-dan kənar mühüm müttəfiq statusunun təmin olunmasını gözləyir.

Ermənisatanda bəyan edirlər ki, hazırda ölkənin hərbi-siyasi müttəfiqi yoxdur. O baxımdan ABŞ və Fransa ilə strateji əməkdaşlığının inkişafı İrəvan üçün təhlükəsizliyin təminatına töhfə verə bilər. Ermənistanın hazırkı Prezident Co Bayden administrasiyası ilə işi onu strateji tərəfdaşlıq sazişinin imzalanması mərhələsinə gətirib. Əmindirlər ki, Donald Tramp və Respublikaçılar administrasiyası da İrəvanla münasibətlərin dərinləşməsində maraqlı olacaq”.

Ekspert Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başladılmasına diqqət çəkib:

“Yaxın vaxtlarda parlament müvafiq qanun qəbul edəcək və Ermənistan Aİ-yə üzvlük prosesinə rəsmən başlayacaq. Əslində Baş nazir Nikol Paşinyan hesab edir ki, Ermənistan Rusiyadan Qərbə doğru strateji dönüş yolundadır. Belə olan halda, yaxın gələcəkdə İrəvanın KTMT və Aİİ-dən çıxması da gözləniləndir.

Bu da o deməkdir ki, Rusiya Cənubi Qafqazda mövqelərini Qərbə uduzur. Nəticədə region tarixində böyük geosiyasi dəyişiklik ola bilər. İrəvan hökumətinin fikrincə, əsrlər boyu bu bölgə Rusiya, Türkiyə və İranın təsiri altında olub. İndi isə Ermənistanın sayəsində regionda qərbləşmə prosesi başlayır. Ölkənin Aİ-yə daxil olma ehtimalı yüksəkdir ki, bu da Cənubi Qafqazın avropalaşmasının başlanğıcı deməkdir. Gürcüstanın iştirakı ilə də bu prosesi sürətləndirmək olardı”.

Tehsil-press.az

Oxşar xəbərlər