
Bunu elm və təhsil naziri Emin Əmrullayev bəzi ekspertlərin müəllimlərin işə qəbul və sertifikasiya imtahanlarının Nazirlikdən alınaraq DİM-ə verilməsi iddiaları ilə bağlı sualı cavablandırarkən bildirib.
“Təhsil ekspertləri bir az bikar qalıblar. Təhsil Nazirliyi ilə DİM arasında münaqişə olanda həyat bir az daha maraqlı olur. DİM ixtisaslaşmış qurumdur, lazım olanda biz onlardan məsləhət alırıq. Bizim logistika imkanlarımız genişdir, ehtiyac olarsa, biz onlara kömək edirik. Hər iki qurum Azərbaycan təhsilinə xidmət edir”.
Tehsil-press.az