
Azərbaycan ötən il Avstraliyadan 1 milyard 463,12 milyon dollarlıq məhsul idxal edib. Bu, 2023-cü illə müqayisədə 125 dəfə çoxdur. Azərbaycan 2023-cü ildə bu ölkədən 11 milyon 688,97 min dollarlıq məhsul idxal etmişdi.
Artıma səbəb qızıl idxalı olub. Ötən il Avstraliyadan təqribən 1 milyard dollar dəyərində qızıl idxal edilib.
Nəticədə Avstraliya Azərbaycanın idxalında beşinci yerə yüksəlib. Bu ölkənin Azərbaycanın ümumi idxalında payı isə 6.95 faiz olub.
Tehsil-press.az