20 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində Akkreditasiya komissiyasının növbəti iclası keçirilib. İclasda universitetin Akkreditasiya komissiyasının tərkibindəki MDU əməkdaşları, həmçinin əmək bazarının nümayəndələri iştirak ediblər.
İclasda əsasən təlim və tədris meyarlarının təkmilləşdirilməsi, tələbələrin keyfiyyətli təhsil alması üçün yeni istiqamətlər və metodikalar müzakirə olunub. Komissiya üzvləri universitetin tədris proqramlarının və akademik fəaliyyətinin daha da gücləndirilməsi üçün müxtəlif təkliflər irəli sürüblər.
Əmək bazarının nümayəndələri ilə aparılan müzakirələrdə universitetin məzunlarının əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə tədrisin praktiki yönlərinin artırılması və yeniliklərin tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb. Komissiyanın məqsədi Mingəçevir Dövlət Universitetinin tədris prosesini müasir tələblərə uyğunlaşdırmaq və akkreditasiya standartlarına cavab verən yüksək keyfiyyətli təhsil proqramları təqdim etmək olub.
İclasın sonunda gələcəkdə bu istiqamətdə əlavə tədbirlərin görüləcəyi və komissiya üzvlərinin müəyyən edilən məqsədlərə nail olunması üçün birgə əməkdaşlıq edəcəyi vurğulanıb.
Mingəçevir Dövlət Universiteti təhsil sahəsindəki müsbət dəyişikliklərə və inkişaflara daim önəm verir, tələbələrinin və məzunlarının yüksək ixtisaslı mütəxəssislər kimi yetişməsini təmin etmək məqsədini daima ön planda saxlayır.
Tehsil-press.az