Azərbaycan Universitetinin Sosial iş ixtisası beynəlxalq akkreditasiyadan keçib

Azərbaycan Universitetinin Sosial iş ixtisası beynəlxalq akkreditasiyadan keçib Azərbaycan Universitetinin Sosial iş ixtisası bakalavriat səviyyəsi üzrə 5 il müddətinə beynəlxalq akkreditasiyadan keçib. Akkreditasiya prosesi Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR - Independent Agency For Accreditation and Ratıng) tərəfindən aparılıb. Azərbaycan Universitetinin tarixində bir ilk olan bu hadisə
universitetin beynəlmiləlləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Akkreditasiyanın aktiv fazası aprel ayında baş tutub. Agentliyin Xarici Ekspert Komissiyasının nümayəndə heyəti Sosial iş ixtisasının tədris proqramının keyfiyyətinin qiymətləndirilməsi üzrə yoxlamalar keçirib. Tədris prosesinin təşkili, tədris proqramının yerinə yetirilməsi, kafedra və dekanlıqların fəaliyyəti, universitetin struktur vahidlərinin işinin akkreditasiya üçün müəyyən edilmiş tələb, qayda və meyarlara uyğunluğu yerində qiymətləndirilib və akkreditasiya müraciətinə müsbət cavab verilib.
Qeyd edək ki, IAAR təhsildə keyfiyyətin təminatı üzrə aparıcı beynəlxalq akkreditasiya təşkilatlarından biridir. 2011-ci ildə fəaliyyətə başlayan agentlik ali təhsil müəssisələrinin institusional akkreditasiya, tədris proqramlarının akkreditasiyası başda olmaqla müxtəlif istiqamətlərdə akkreditasiyasını həyata keçirir.

Tehsil-press.az



Oxşar xəbərlər