Gənc Tamaşaçılar Teatrının fəaliyyəti barədə məlumatlar beynəlxalq mətbuatda

Gənc Tamaşaçılar Teatrının fəaliyyəti barədə məlumatlar beynəlxalq mətbuatda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu beynəlxalq ASSİTEJ-in may ayı üçün növbəti xəbərlər bülleteninin elektron versiyası işıq üzü görüb. Bu barədə Tehsil-press.az-a teatrın mətbuat xidmətindən bildirilib.

Gənc Tamaşaçılar Teatrının may ayında həyata keçirdiyi layihələr və beynəlxalq festivallarda iştirakı barədə məlumatlar ASSİTEJ-in xəbərlər kitabında çap olunub. Bu məlumatlar quruma üzv olan 108 ölkədə yayılır.
Qeyd edək ki, Dövlət Gənc Tamaşaçılar Teatrı may ayının əvvəllərində Türkiyənin Trabzon şəhərində keçirilmiş XVII Qara dəniz ölkələri beynəlxalq teatr festivalında M.Vişnekin "Qoca kloun" tamaşası ilə uğurla iştirak edib. Teatrın kollektivi mayın 21-dən iyunun 2-dək bir sıra beynəlxalq festivallarda çıxış edəcək.


Tehsil-press.az

Oxşar xəbərlər