“Ağ Evdə tapılan kokain onlardan birinə aid idi” - Tramp

“Ağ Evdə tapılan kokain onlardan birinə aid idi” - Tramp “2023-cü ilin iyulunda Ağ Evdə tapılan kokain Co Bayden ailəsinin üzvlərindən birinə aid idi”.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Yeri gəlmişkən, sizə deməliyəm ki, mən bu məsələyə baxacağam, çünki orada pis hadisələr baş verib”, - Amerika lideri bildirib.

Xatırladaq ki, kokain olduğu ortaya çıxan ağ toz 2 iyul 2023-cü ildə Ağ Evdə tapılıb, bundan sonra bina boşaldılıb. Həmin gün ABŞ-nin o zamankı prezidenti Co Baydenin narkotik qalmaqalları ilə tanınan oğlu Hanter Bayden onun iqamətgahında olub.

“Kokain Bayden ailəsinə yaxın olan birinə aid ola bilər və ehtimal ki, prezident onun kim olduğunu bilir”, - deyə həmin vaxt “The New York Post” yazmışdı.

ABŞ Məxfi Xidmətinin Ağ Evdə kokainlə bağlı apardığı təhqiqatda narkotiki kompleksə kimin qoyduğu müəyyən edilməmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər