
Bunu Roma Papası XIV Leo kardinallara ilk müraciətində deyib.
O bildirib ki, süni intellekt insan ləyaqətinin, ədalətin qorunması üçün maneə yaradır.
XIV Leo Papa Fransiskin baxışını və islahatlarını davam etdirəcəyini açıqlayıb:
“Fransisk mənə qiymətli miras qoyub”.
Qeyd edək ki, kardinalların konklavı mayın 8-də Romanın 267-ci papasını seçib.
Papa Fransisk aprelin 21-də vəfat edib.
Tehsil-press.az