Papa səhhətinə görə COP28 üçün Dubaya getməyəcək

Papa səhhətinə görə COP28 üçün Dubaya getməyəcək Papa Fransisk BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) Tərəflərin Konfransında iştirak etməli olduğu Dubaya getməyəcək.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni bildirib.
Onun sözlərinə görə, həkimlər bu səfəri ləğv etməkdə israr ediblər. Buna səbəb ağciyər iltihabından müalicə alan Papanın səhhətidir.
“Papa Fransiskin səhhətinin ümumi klinik mənzərəsi yaxşılaşsa da, onun tənəffüs yollarının iltihabı ilə qripdən əziyyət çəkdiyini nəzərə alaraq, həkimlər Roma Papasından Dubaya səfər etməməyi xahiş ediblər. Papa Fransisk həkimlərin xahişini böyük təəssüf hissi ilə qəbul etdi, ona görə də səfər ləğv edildi”, - Bruni bildirib.
O, həmçinin qeyd edib ki, pontifikin bu tədbirdə başqa formada iştirak imkanları nəzərdən keçirilir.

Tehsil-press.az



Oxşar xəbərlər