Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin I kurs tələbələri ilə fakültə rəhbərliyinin və professor-müəllim heyətinin görüşü keçirilib.
Fakültənin dekanı Bəxtiyar Paşayev I kurs tələbələrini təbrik edib, onlara BDU və Fizika fakültəsi barədə məlumat verib. Fakültənin tarixi, tədrisin, elmi fəaliyyətin təşkili, tanınmış məzunları barədə danışan dekan BDU tələbəsi adını qazanmağın hər bir gənc üçün qürurverici hadisə olduğunu bildirib.
Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri Maarif Cəfərov və Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbli də tələbələri təbrik edərək, rəhbərlik etdikləri kafedralar, fizika elmi barədə danışıblar.
Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi rəhbəri Aida Əhmədova elmi tədqiqatla məşğul olmağın tədris olunan biliklərin mənimsənilməsində mühüm rol oynadığını qeyd edib, tələbələri TEC-ə üzv olmağa çağırıb.
Qəbul imtahanlarında 662,9 bal toplayaraq, Fizika fakültəsinə daxil olmuş Şəbnəm Əliyeva BDU-nun tələbəsi adını qazanmaqdan qürur duyduğunu, fizika elminə böyük marağı olduğunu və fakültədə peşəkar fizik kimi yetişəcəyinə əminliyini bildirib.
Fizika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov tələbələri BDU-nun daxili nizam-intizam qaydaları ilə tanış edib, onları həmin qaydalara əməl etməyə, universitetin əmlakına qayğı ilə yanaşmağa dəvət edib. O, fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti barədə məlumat verərək, həmin təşkilatlara üzv olmağı, Universitetin və fakültənin ictimai həyatında fəal iştirak etməyi, idman komandalarına, Mədəniyyət-yaradıcılıq Mərkəzində fəaliyyət göstərən dərnəklərə yazılmağı tövsiyə edib.
Tehsil-press.az