Sərgidə BDU-nun stendi nümayiş olunub. Sərgi iştirakçılarına BDU-nun təhsil imkanları, elmi-tədqiqat yönümlü və sosial layihələri, xarici ölkə universitetləri ilə ikili diplom proqramları haqqında ətraflı məlumat verilib. BDU-nun fəaliyyətini əks etdirən kitab və qəzetlər, elmi-tədqiqat jurnalları, broşür və bukletlər ziyarətçilərdə maraq doğurub.
Qeyd edək ki, sərginin əsas məqsədi mədəniyyətlərarası əlaqələri gücləndirmək, tələbə mübadiləsini təşviq etmək və Azərbaycanda təhsil alan xarici tələbələrin sayını artırmaqdır.
Tehsil-press.az