Ağstafada mağazaya basqın edildi

Ağstafada mağazaya basqın edildi Gecə saat 3 radələrində Ağstafada mağaza qarət edilib.

Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində İlkin Qarayevə məxsus obyektdə baş verib. Mağaza sahibi hava yağmurlu olduğundan satış mərkəzini vaxtından tez bağlayaraq evinə gedib. Səhər saatlarında isə obyektinin yarıldığı xəbərini eşidib. Qonşu obyektin təhlükəsizlik kameraları hadisəni lentə alıb. Pəncərəni sındırıb qapını açan "qəhrəman"lar mağazadan 300 manat dəyərində danışıq kartları, müxtəlif içkilər, tütün məhsulları aparıblar. Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsi araşdırmalara başlayıb.


Tehsil-press.az

Oxşar xəbərlər