“Arşın mal alan” tamaşası digər ali məktəblərdən təqdim olunan tamaşalar arasında ilk üçlükdə yer alıb. Tələbə Ruqiyə Nəsirova isə Gülçöhrə roluna görə “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi olub.
Qeyd edək ki, tamaşa Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 yanvar 2024-cü il tarixli “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən hazırlanıb.
Tamaşanın ideya müəllifi ADU-nun rektoru, akademik Kamal Abdulla, rejissoru Əsmər Həbibli, bədii rəhbəri Səadət Nəbiyeva, musiqi tərtibatçıları Sevinc Abdullayeva və Hüseyn Məhəmmədoğlu, xoreoqrafı Cəmilə Vəliyevadır. Kollektivin birgə əməyi nəticəsində səhnəyə çıxarılan bu tamaşa təqdimatı, səhnə quruluşu və musiqi müşayiəti ilə fərqlənərək tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tehsil-press.az