BDU-da Milli Musiqi Günü münasibətilə ədəbi-bədii kompozisiya hazırlanıb

BDU-da Milli Musiqi Günü münasibətilə ədəbi-bədii kompozisiya hazırlanıb Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzi Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə ədəbi-bədii kompozisiya hazırlayıb.
Kompozisiya Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Kompozisiyada dahi bəstəkar Ü.Hacıbəylinin “Aşıq Cünun” havası, “Arşın mal alan” operasından “Aşiq oldum” ariyası, “Qaragöz” musiqisi, “Koroğlu” uvertürası təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər