Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə “Pillə-2” Tələbə Tamaşaları Festivalının açılış mərasimi olub.
Mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tanınmış incəsənət xadimləri və tələbələr iştirak ediblər.
Tədbirin moderatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Elçin Cəfərov festival haqqında məlumat verib. O, ali təhsil ocağının 100 illik yubileyinə həsr olunan festivalın ötən il “ADMİU 99+” layihəsi çərçivəsində ilk dəfə keçirildiyini nəzərə çatdırıb. E.Cəfərov festivalın daha da təkmilləşdiyini və genişləndiyini bildirərək deyib ki, bu il ilk dəfə digər ali məktəbin də təqdim etdiyi tamaşa nümayiş olunacaq.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova ikinci dəfə keçirilən festivalı universitetin həyatında çox mühüm hadisə adlandırıb və festivalın tələbələrin gələcək aktyorluq karyeralarında önəmli və uğurlu pillə olacağına inandığını deyib.
Rektor festivalın işinə uğurlar arzulayıb, hər kəsi nümayiş olunacaq tamaşalarda və müzakirələrdə fəal iştirak etməyə çağırıb.
Çalışdığı universitetin 100 illik yubileyində iştirak etməyin böyük şərəf olduğunu deyən ADMİU-nun Teatrşünaslıq kafedrasının müdiri professor Aydın Talıbzadə bu cür festivalın həm tələbə-aktyorların, həm də tələbə-teatrşünasların təcrübəsində önəmli rol oynayacağını vurğulayıb.
Qeyd olunub ki, iyunun 9-na kimi davam edəcək festivalda ADMİU-nun aktyor və rejissor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin tamaşaları, o cümlədən Bakı Dövlət Universitetinin təqdim etdiyi “Yarımçıq qalmış” tamaşası nümayiş olunacaq. Festivalın qalibləri peşəkar teatrşünasların, tənqidçilərin iştirakı və münsifliyi ilə müəyyənləşəcək.
Qaliblərə “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu” və “Gənc ekspertlərin mükafatı” nominasiyaları üzrə mükafatlar təqdim olunacaq.
Festival tamaşalarının müzakirəsində tələbə-teatrşünaslardan ibarət gənc ekspertlər qrupu da iştirak edir. Festival haqqında ən yaxşı məqalə müəllifi olan tələbə də universitet tərəfindən mükafatlandırılacaq.
“Pillə” festivalı tələbələrin yaradıcılıq prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsi kimi məqsədləri hədəfləyir.
Açılış mərasimindən sonra festivalın ilk günü Teatr sənəti fakültəsinin 4-cü kurs tələbələrinin ifasında B.Nuşiçin “Nazirin xanımı” (kurs rəhbəri Əməkdar artist Gülşad Baxşıyeva) və III kurs rus bölməsi tələbələrinin ifasında S.Mrojekin “Karol” (kurs rəhbəri Ruslan İsmayılov) tamaşaları təqdim edilib.
Tehsil-press.az