BDU-da Milli Musiqi Günü münasibətilə ədəbi-bədii kompozisiya hazırlanıb

BDU-da Milli Musiqi Günü münasibətilə ədəbi-bədii kompozisiya hazırlanıb Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzi Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və 18 Sentyabr - Milli Musiqi Günü münasibətilə ədəbi-bədii kompozisiya hazırlayıb.
1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd edilməsi qərara alınıb.
Azərbaycan musiqisinin inkişafında əvəzsiz rol oynayan dahi bəstəkar Ü.Hacıbəylinin doğum günü ilə əlaqədar hər il ölkəmizdə təntənəli mərasimlər keçirilir.
Kompozisiyada bəstəkarın “Aşıq Cünun” havası, “Arşın mal alan” operasından “Aşiq oldum” ariyası, “Leyli və Məcnun” operasından görüş səhnəsi, “Qaragöz” musiqisi, “Koroğlu” uvertürası təqdim olunub.

Tehsil-press.az




Oxşar xəbərlər