Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunan tədbir keçirib

Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunan tədbir keçirib 10 may 2024-cü il tarixində Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunan tədbir keçirib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Poliefir- və polikarbonat materiallar laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Ağa Mustafayev açıb. O, Ümummilli Liderin şərəfli ömür yolundan və milli dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən, müstəqil və suveren, hüquqi dövlət quruculuğu yolunda müstəsna fəaliyyətindən, Azərbaycan Respublikasının xarici siyasətinin, iqtisadiyyat, təhsil, elm, mədəniyyət və s. sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz rolundan bəhs edib. Böyük şəxsiyyətin ideyalarının daim yaşayacağını, gələcək nəsillərə örnək olaraq miras qalacağını bildirib.

Tədbirdə GAMŞ-ın üzvü Nanopolimer kompozitlər laboratoriyasının elmi işçisi Nurlanə Mirzəyeva, Biomimetik polimer materiallar lаbоrаtоriyаsının kiçik elmi işçiləri Fəridə Məmmədova və Cəvahir Adıgözəlova çıxışlarında qətiyyətli dövlət başçısı, uzaqgörən siyasətçi, müdrik dövlət xadimi, məsuliyyətli vətəndaş, vətənini və millətini böyük məhəbbətlə sevən dünya şöhrətli lider Heydər Əliyevin daim Azərbaycan gəncliyinə qayğı ilə yanaşdığını, onların milli mənəvi dəyərlərə, eləcə də tarixi köklərə bağlı qalmalarına çalışdığını söyləyiblər. Ümummilli liderin gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən məruzəçilər son illərdə ölkəmizdə gənclərə yönəlik bir çox dövlət proqramlarının qəbul edildiyini, xaricdə təhsil imkanlarının yaradıldığını vurğulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər