ABŞ-nin İrana hərbi müdaxiləsindən sonra Yəməndəki Husi hərəkatı müharibəyə qoşulduğunu bəyan edib.
Husilərin Hərbi Sözçüsü Yəhya Sare rəsmi açıqlamasında bildirib:
"Yəmən rəsmi olaraq müharibəyə girəcək. Gəmilərinizi ərazi sularımızdan uzaq tutun."
ABŞ Müdafiə Naziri Pete Hegseth isə Pentaqonda keçirdiyi brifinqdə İranın nüvə obyektlərinə endirilən zərbələrdən danışaraq deyib:
"Prezident Trampın əmri ilə hücum həyata keçirdik. İranın nüvə proqramı məhv edilib."
Digər tərəfdən, İran Hörmüz boğazını bağlamağa hazırlaşır. İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Kevseri bildirib ki, parlament boğazın bağlanmasını dəstəkləyib, son qərarı isə Milli Təhlükəsizlik Ali Şurası verəcək.
Qeyd edək ki, Hörmüz boğazı dünya üzrə neft tədarükünün təxminən 20 faizinə ev sahibliyi edir. Boğazın bağlanması qlobal enerji bazarında ciddi böhrana səbəb ola bilər.
Tehsil-press.az