İran öz neftini müxtəlif yollarla satır.
Bunu İran parlamentinin enerji komissiyasının sözçüsü Səkinə Almasi deyib.
S.Almasinin sözlərinə görə, hazırda bir barel neft İran brendi ilə satılmır.
Almasi əlavə edib ki, İran buna görə çətin günlərdə onun yanında dayanan dostlarını unutmayacaq: "İranın əsaslı addımlarından biri neft məmulatlarının satışına doğru irəliləməkdir. İran öz neftini məmulata çevirərsə, asanlıqla onu sata bilər”.
İran parlamentinin rəsmisi bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planının avropalı üzvləri İranın neft satışının asanlaşdırılması üçün addım atmalıdırlar.
Qeyd edək ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bildirib və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Bu planın avropalı üzvləri sazişi qorumaq istiqamətində 2019-cu ilin yanvar ayında İranla ticarəti davam etdirmək üçün İNSTEX maliyyə mexanizminin yaradıldığını bəyan ediblər. İran saziş tərəflərinin öz öhdəliklərini yerinə yetirmədiklərini əsas götürərək 8 mayda sazişdə nəzərdə tutulan 300 kiloqramdan artıq uranın satışı ilə bağlı öhdəlikləri dayandırdığını bildirib. İran 7 iyulda uranın 3,67%-lik zənginləşdirilməsi və Ərak Ağır Su reaktorunun rekonstruksiyası ilə bağlı nüvə sazişində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyəcəyini elan edib. İran nüvə sazişi çərçivəsində neft satışını və onun pulunu əldə etmək niyyətindədir. İranın Avropa tərəfinə verdiyi 60 günlük vaxt 7 sentyabrda başa çatır.
ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsi ilə İranın neft satışında problemlər yaranıb və İran hansı istiqamətdə və nə qədər neft satdığını açıqlamır.
Tehsil-press.az