Bunu açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, ikinci səbəb, Rusiya cəmiyyətində şovinistlərin aktivləşməsidir:
“Üçüncü səbəb hesab edirəm ki, Rusiya öz imperiya missiyalarını həyata keçirmək üçün keçmiş post-sovet ölkələri üzərində yenidən öz təzyiqini artıraraq nəzarətə götürməyə çalışır. Rusiya məhz miqrantlar vasitəsilə keçmiş post-sovet ölkələrini təhdid edir”.
Politoloqun sözlərinə görə, Azərbaycan ona görə Rusiyanın əsas hədəfindədir ki, Rusiyanın təsir dairəsindən tam kənardadır:
“Azərbaycan müstəqil siyasət yeridir. Bu müstəqil siyasət Rusiyanı qane etmək üçün son 6–7 ayda Azərbaycana qarşı təzyiqlər başlanıb, bunun bir istiqaməti də məhz miqrantlarla bağlı məsələdir”.
Tehsil-press.az