Ərzurum Texniki Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir

Ərzurum Texniki Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir Türkiyənin Ərzurum Texniki Universitetində Bakı Dövlət Universitetinin (BDU) Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və mexanika üzrə Ekspert Şurasının sədri, professor Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir

(https://www.geometrysymposium.org/)

BDU da daxil olmaqla 5 universitet tərəfindən dəstəklənən simpoziumda dünyanın müxtəlif ölkələrindən olan 100-ə yaxın alimin məruzəsi dinləniləcək.

Professor Arif Səlimov konfransin açılışının plenar məruzəsini edib. Məruzə holomorf funksiyaların köməyi ilə tapılmış yeni lift siniflərinə həsr olunub.

Tehsil-press.az

Oxşar xəbərlər