Qonşu ölkədə güclü zəlzələ oldu

Qonşu ölkədə güclü zəlzələ oldu Bu gün səhər saatlarında İranın Buşehr əyalətinin Əsəluye şəhəri yaxınlığında zəlzələ qeydə alınıb.

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar 4,9 bal gücündə olub və zəlzələnin episentri yerin 21 kilometr dərinliyində yerləşib.

Hazırda zəlzələnin törətdiyi mümkün dağıntılar və insan itkisi barədə məlumat verilmir. Yerli orqanlar hadisənin nəticələrini qiymətləndirmək üçün araşdırmalara başlayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər