"Biz çox xoşbəxt ailə idik" - Elçinin qızı

Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilir.

Mərasimdə yazıçının qızı Günay Əfəndiyeva çıxış edib.

"Ailəmiz adından kədərli günümüzdə bizi yalnız buraxmadıqları üçün hər kəsə təşəkkür edirəm. Əslində çox danışmaq bilmirəm nə dərəcə düzgündür. Atama müraciət etmək sitəyirəm, çünki düşünürəm eşidir: Biz çox xoşbəxt ailə idik. Bu xoşbəxtliyə görə hamımız, ailəmizin hər bir üzvü atama borclu və minnətdar olacağıq. Onun biliklərinə, bacarıqlarına, insanlarla münasibətlərindən yararlanırdıq, fəxr edirdik. Çox işıqlı insan idi. Düşünürəm ki, o biri dünyaya köçsə də işığı üzərimizdə olacaq. Nə vaxtsa, görüşənəcən" deyə, o bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər