
Mərhumun Yasamal rayonunda yerləşən evində keçirilən mərasimdə ailə üzvləri, sənət dostları, incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, R.Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. Teatrda xidmətlərinə görə 1993-cü ildə Əməkdar artist, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
R. Novruz xərçəng xəstəliyindən əziyyət çəkirdi.
***
Xalq artisti Ramiz Novruzla vida mərasimi başa çatıb.
Mərhum dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılıb.
***
Xalq artisti “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Tehsil-press.az