İran ABŞ görüşündən sonra Zəngəzur dəhlizinə qarşı olacaq?

İran ABŞ görüşündən sonra Zəngəzur dəhlizinə qarşı olacaq? İran rəsmiləri Zəngəzur dəhlizinin yaradılmasına qarşı olduqlarını bir daha bəyan ediblər. Tehran bildirir ki, bu layihə ölkənin regional maraqlarına ziddir və sərhədlərin dəyişdirilməsi cəhdlərinə icazə verilməyəcək.

Xüsusilə ABŞ-də keçirilən görüşdən sonra sülh müqaviləsi imzalanacağı təqdirdə, bu, İranın narazılığına səbəb ola və qeyd olunan addımın atılmasına gətirib çıxara bilərmi?

Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, İran Zəngəzurun Ermənistanın yurisdiksiyası daxilində yerləşən nəqliyyat xəttindən istifadənin təmin ediləcəyi barədə məlumatlıdır:

“Məncə, Tehran bu mövzuda daha çox təmkin nümayiş etdirməlidir. Prezident Pereşkianın son açıqlamaları da bununla bağlıdır. Doğrudur, İranda fəaliyyət göstərən dini dairələr və SEPAH-a yaxın qruplar vəziyyəti bir qədər fərqli qiymətləndirir və ümumiyyətlə Zəngəzur dəhlizinin açılmasına sərt mövqedən yanaşırlar. Lakin onlardan fərqli olaraq, İranın siyasi rəhbərliyinə Pereşkiana izah olunub ki, Zəngəzur məsələsi onların bəzi qruplarının təsvir etdiyi kimi deyil”.

Z.Məmmədov digər tərəfdən, artıq müəyyən məqamların qəbul olunduğunu və bir sıra məsələlərin həyata keçməsi ilə bağlı ciddi şübhənin olmadığını qeyd edib:

“Belə şəraitdə açılacaq nəqliyyat yoluna qarşı kəskin addımlar atmaq əvəzinə, əksinə, həmin yoldan fayda götürmək daha məntiqli olardı. Çünki bu yol region ölkələrinin gələcək perspektivləri üçün nəzərdə tutulmuş addım ola bilər”.

Politoloq əlavə edib ki, əgər onlar Zəngəzurun yanında dayansalar, bundan qazanc əldə edəcəklər, əks halda isə təhlükə ilə üzləşə bilərlər:

“Bu səbəbdən dəhlizin açılmasına qarşı çıxan qüvvələr mövcuddur-həm bölgə ölkələri daxilində, həm də beynəlxalq dairələrdə. Amma onlar anlamalıdır ki, Zəngəzur dəhlizinin açılması həmin ölkələr üçün real təhlükə daşımır”.

Tehsil-press.az

Oxşar xəbərlər