İsti havalarda bu şəxslər QƏTİYYƏN ÇÖLƏ ÇIXMASIN

İsti havalarda bu şəxslər QƏTİYYƏN ÇÖLƏ ÇIXMASIN Mütəxəssislər xəbərdarlıq edirlər ki, yay aylarında hava temperaturun yüksəlməsi ürək sağlamlığına mənfi təsir göstərə bilər.

Kardiologiya üzrə türkiyəli mütəxəssis Dos. Prof. Dr. Mehmet Bozbay ürək xəstələrinin isti havalarda xüsusilə diqqətli olmasının lazım olduğunu açıqlayıb. Bozbay, isti havalarda bədən istiliyini tənzimləmək üçün daha çox işləyən ürəyin xüsusilə yaşlılar, hipertoniya xəstəsi olanlar, damar xəstəlikləri olanlar üçün risk yaratdığını qeyd edib. O, həmçinin çox zərurət olmadıqca günorta saatlarında çölə çıxmamağı da tövsiyə edib.

Mütəxəssislərin fikrincə, səhər tezdən və ya axşam sərin havada gəzintilər edilməli və uzun müddət açıq havada qalmaqdan qaçınılmalıdır.

- Bol maye qəbulu təşviq edilməli, ağır yeməklərdən qaçınılmalıdır.

- Kofeinli və spirtli içkilər məhdudlaşdırılmalıdır. Kölgədə qalmaq tövsiyə olunur, açıq rəngli paltarlar geyinilməlidir.

- Günəş kremi istifadə edilməli, kondisionerli, sərin mühitlərə üstünlük verilməlidir.

- Bundan əlavə, dərman qəbul edənlər həkim nəzarəti altında onların dozasını tənzimləməlidirlər.

- Həddindən artıq gərginlikdən qaçınmaq da ürək sağlamlığını qorumaq üçün vacibdir.

Tehsil-press.az

Oxşar xəbərlər