
Bu barədə o, “Truth Social” platformasında yazıb.
"Tariflər gecə yarısı qüvvəyə minir", – deyə Tramp bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, yeni idxal rüsumları ABŞ iqtisadiyyatına müsbət təsir göstərəcək və illərdir ticarət əlaqələrində Vaşinqtondan sui-istifadə edən ölkələrdən "milyardlarla dollar" vəsaitin cəlb olunmasına imkan yaradacaq.
Qeyd edək ki, avqustun 1-də Tramp tərəfindən imzalanmış sərəncamla 60-dan çox ölkə və Avropa İttifaqından idxal olunan məhsullara 15%-dən 41%- qədər tariflər tətbiq olunacaq. Ən yüksək tariflər Suriyaya (41%), Laosa (40%), Myanmaya (40%), İsveçrəyə (39%), İraqa və Serbiyaya (hər ikisinə 35%) şamil edilib.
Tehsil-press.az