Bu barədə QSC məlumat yayıb.
Məlumata görə, hadisə zamanı stansiya əməkdaşları ona ilkin yardım göstərib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.
İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.
***
Bu gün Bakı Metropoliteni QSC-nin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq.
Bunu açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
“Təbii ki, həmin körpəyə hədiyyələr də veriləcək”, - o vurğulayıb.
Tehsil-press.az