BDU-nun dəstəyi ilə Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır

BDU-nun dəstəyi ilə Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır Azərbaycan üçün strateji əhəmiyyətə malik Qarabağ və Dilbaz milli at cinslərinin genetik xəritəsinin hazırlanması məqsədilə kompleks tədqiqatlara start verilib.

Layihə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü, Bakı Dövlət Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilir. Tədqiqatlarda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, "Letgen Biotechnology" və "Bayramlı Group" şirkətləri də tərəfdaş qismində iştirak edir.
Layihənin əsas məqsədi Qarabağ və Dilbaz at cinslərinin genetik irsinin qorunması, onların genom səviyyəsində struktur və funksional müxtəlifliyinin araşdırılması, eləcə də gələcək seleksiya və damazlıq proqramlarının elmi əsaslarla qurulmasına töhfə verməkdir.

İlkin mərhələdə yerli mütəxəssislərlə yanaşı, Türkiyədən dəvət olunmuş ekspertlərin iştirakı ilə müxtəlif atçılıq təsərrüfatlarında fenotipik qiymətləndirmələr aparılıb, atlardan qan və tük nümunələri toplanılıb.

Bu nümunələrin təhlili nəticəsində elmi və praktiki hədəflər müəyyən olunub. İlk dəfə olaraq Qarabağ və Dilbaz at cinslərinin tam genom xəritəsinin hazırlanması, seleksiya və damazlıq işlərində marker-assosiasiyalı texnologiyaların (MAS) tətbiqi, genotip və fenotip arasında əlaqələrin müəyyənləşdirilməsi ilə seleksiya səmərəliliyinin artırılması, genetik məlumatların elektron məlumat bazasında (genobank) qorunması, araşdırma nəticələrinin beynəlxalq elmi verilənlər bazalarına, o cümlədən NCBI-ə inteqrasiyası nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər