Bakıda polisi qardaşı qətlə yetirdi

Bakıda polisi qardaşı qətlə yetirdi Bakıda polis əməkdaşı qətlə yetirilib. Hadisə paytaxtın Nərmanov rayonunda baş verib.
Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Ramazanov Araz İrza oğlu Nərimanov rayonu, M.Nağıyev küçəsi 3, mənzil 1-də yaşadığı ünvanda qardaşı, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Ramazanov Anar İrza oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində Araz Ramazanov qardaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxs saxlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər