
Bu innovativ gel sınıq və çatlamış sümükləri cəmi 2-3 dəqiqəyə birləşdirə bilir.
Məlumata görə, alimlər istiridyaların sualtı mühitdə güclü yapışma xüsusiyyətindən ilhamlanaraq geli hazırlayıblar.
“Bone-02” ənənəvi metal lövhə və vintlərdən fərqli olaraq bədənə yerləşdirildikdən sonra orqanizm tərəfindən sorulur və əlavə əməliyyata ehtiyac qalmır. İlkin klinik sınaqlarda 150-dən çox xəstədə tətbiq olunan gel sümük birləşməsində yüksək möhkəmlik nümayiş etdirib.
Alimlər bildirirlər ki, gel yaxın illərdə sınıqların müalicəsində inqilabi dəyişikliklərə səbəb ola bilər. Lakin daha geniş klinik sınaqlara ehtiyac olduğu vurğulanır.
Tehsil-press.az