Qonaqları salamlayan rektor Elçin Babayev BDU-nun son illər Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini daha da gücləndirdiyini deyib. BDU Özbəkistan universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayıb, tələbə və müəllim mübadiləsi proqramları həyata keçirib. Birgə layihə və elmi tədqiqatlar regionun elmi potensialının gücləndirilməsi və təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. Rektor iqtisadiyyat və coğrafi turizm sahələri üzrə birgə proqramlar həyata keçirmək, müxtəlif beynəlxalq layihələrdə birgə iştirak etmək imkanlarının olduğunu deyib.
Səmərqənd İqtisadiyyat və Xidmət İnstitutunun rektoru Muhiddin Pulatov da BDU ilə əməkdaşlığı daha da gücləndirməkdə maraqlı olduqlarını vurğulayıb.
Görüş zamanı iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, beynəlmiləlləşmə proseslərinin sürətləndirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının təşkili məsələləri müzakirə olunub.
Tehsil-press.az