
Bu fikirləri tanınmış yazıçı Kəramət Böyükçöl deyib.
O Azərbaycanda kitaba marağın çox az olduğuna işarə edib. Bəs görəsən, ölkəmizdə həqiqətən kitab oxuyanların sayı azalıbmı?
Tanınmış yazıçı, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli AZXEBER.COM-a bildirib ki, bu fikirlər heç bir ictimai yük daşımır:
"Bunlar Kəramətin şəxsi fikridir və heç bir ictimai yük daşımır. Kitab alanlar azdır, ancaq bunun hansısa aparata dəxli yoxdur. Ona qalsa kafelər də adamlarla doludur, küçədə taksi də bəzən tapmaq olmur. Kitab oxuyanların sayının azalma səbəbləri sosial şəbəkələrin çox vaxt alması və oxumaq həvəsinin olmamasıdır. Bu isə bir tendensiyadır”.
Tehsil-press.az