Bakı Biznes Və Kooperasiya Kolleci

Bakı Biznes Və Kooperasiya Kolleci 75 illik tarixə malik indiki Bakı Biznes və Kooperasiya Kolleci 1939-cu ildən Bakı Kooperativ Texnikumu kimi fəaliyyətə başlamışdır.Ümummilli lider H.Əliyevin 30 avqust 2000-ci il tarixli 391 saylı fərmanına uyğun olaraq 2001-ci ildə Bakı Kooperativ Texnikumu daha geniş profilli orta ixtisas təhsilli kadrlar hazırlayan Bakı Biznes və Kooperasiya Kollecinə çevrilmişdir.Kollec geniş maddi texniki bazaya malikdir.Kollecdə ən müasir avadanlıqlarla təchiz olunmuş interaktiv elektron lövhə otaqları, sürətli internetlə təmin olunmuş kompüter laboratoriyaları, çox saylı kitab fonduna malik kitabxana, oxu zalı, yüksək ixtisaslı mütəxəssis yetişdirmək məqsədilə təcrübə keçmək üçün laboratoriya otaqları, idman zalı, yeməkxana, tibb məntəqəsi və akt zalı fəaliyyət göstərir.Hal-hazırda kollecdə 2100-ə yaxın tələbə təhsil alır.Onların keyfiyyətli mütəxəssis kimi hazırlanmasında 120 nəfər yüksək ixtisası və elmi dərəcəsi olan müəllimlər çalışır.

Bakı Biznes Və Kooperasiya Kolleci



Bakı Biznes Və Kooperasiya Kolleci

Tehsil-press.az

Oxşar xəbərlər