Bakıda Azərbaycan-İspaniya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-İspaniya biznes forumu keçiriləcək Aprelin 26-da Bakı Biznes Mərkəzində İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia-Marqallonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İspaniya biznes forumu keçiriləcək.

İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, biznes forumda rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən tikinti, nəqliyyat, enerji, sənaye, qida, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək.

tehsil-press.az

Oxşar xəbərlər