Dünyanın ən yaşlı tələbəsi ali təhsil diplomunu alıb

Dünyanın ən yaşlı tələbəsi ali təhsil diplomunu alıb 96 yaşlı yaponiyalı Sigemi Hirata Kioto İncəsənət və Dizayn Universitetinin diplomunu alıb.

Tehsil-press.az Qərb mətbuatına istinadən xəbər verir ki, bununla da o, ali təjsil diplomu almış ən yaşlı insan kimi Ginnessin Rekordlar Kitabına düşüb. Bundan öncə dünyanın ən yaşlı ali məktəb məzunu Cənubi Kaliforniya Universitetini hələ 1953-cü ildə bitirmiş İkinci Dünya müharibəsi veteranı Alfonso Qonsales hesab edilirdi.

Tehsil-press.az

Oxşar xəbərlər