Məktəblilər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində

Məktəblilər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın 10-11-ci sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.
Ekskursiya ADNSU-nun Mineralogiya Muzeyindən başlayıb. Şagirdlər muzeydə qorunan müxtəlif növ minerallarla tanış olublar. Onlara mineralların adı, kimyəvi tərkibi və tapıldığı yataqlar haqqında ətraflı məlumat verilib.
Sonra şagirdlər Heydər Əliyev lektoriyasında, Tarix muzeyində, laboratoriyalarda olub, ADNSU-nun şəhid məzunlarının xatirəsinə həsr olunmuş Abidə kompleksini ziyarət ediblər. ADNSU-nun prorektoru Ata Babayev məktəblilərə universitetin fəaliyyəti, fəxri məzunları, tədris olunan ixtisaslar və s. barədə məlumat verib.

Tehsil-press.az



Oxşar xəbərlər