Bakıda gənc oğlana 8 bıçaq zərbəsi vurulub

Bakıda gənc oğlana 8 bıçaq zərbəsi vurulub Bakının Nərimanov rayonunda bir nəfər parkda bıçaqlanıb.
Hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verib.
2000-ci il təvəllüdlü İsabalazadə İsabala Rauf oğlu tanışı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər ona qarnının ön divarının çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyub. Ona ümumilikdə 8 bıçaq zərbəsi vurulub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər