Fransa Avropa Çempionatının keçirilməsinə 4 gün qalmış leysan, kütləvi etiraz aksiyaları və terror təhdidləri ilə üz-üzədir.
Tehsil-press.azxəbər verir ki, prezident Fransua Olland bu günlərdə etiraf etdi ki, çempionat öncəsi ölkəni yeni terror hücumları gözləyir. Təhlükəsizlik sahəsində aparıcı avropalı mütəxəssislərin də fikrincə, İŞİD çempionat ərəfəsində terror aktı törətməyi planlaşdırır. Belə hücumların qarşısını almaq üçün Fransa hökuməti təhlükəsizlik tədbirlərini gücləndirsə də, bəzi ekspertlər 90 min insanın səfərbərliyinin kifayət etməyəcəyini iddia edirlər. Onlar bunu İŞİD-in taktikalarını dəyişməsi ilə əlaqələndiriblər. Bu günlərdə Evro-2016 oyunlarında asayişdən məsul olmaq üçün işə götürülən xüsusi təhlükəsizlik şirkətlərinin 80 əməkdaşının potensial terrorçu olduğu aşkarlanıb.
Fransanı bir tərəfdən də, kütləvi etirazlar bürüyüb. Artıq bir neçə aydır ki, əmək islahatları əleyhinə kütləvi aksiyalar keçirilir. Minlərlə narazı fransalıların bir qismi isə qaçqınların ölkəyə axınına, GMO tərkibli ərzaqlara, az maaşa etiraz edənlərdir.
Çempionat ərəfəsində digər problemi isə leysan yağışları yaradıb. Son onilliyin ən güclü leysan yağışlarına məruz qalan iri şəhərlərin minlərlə sakini daşqın səbəbindən evlərindən evakuasiya ediliblər.
Qeyd ək ki, iyunun 10-u start götürəcək futbol üzrə Avropa Çempionatını 2,5 milyon insanın canlı izləyəcəyi güman edilir. Lakin ABŞ dövlət departamenti öz vətəndaşlarını təhlükəsizliklə bağlı Fransaya səfər etməməyə çağırıb.
Tehsil-press.az