Kolumbiyada televiziya aparıcısı və müxbir kimi fəaliyyət göstərən 23 yaşlı Dayanna Truxilyo xəbər çəkilişinə gedərkən ağır yol qəzası keçirib və həyatını itirib.Hadisə aparıcının motosikl ilə evdən çıxaraq çəkiliş yerinə yollandığı vaxt baş verib.
Güclü leysan səbəbindən önünü görməkdə çətinlik çəkən Dayanna, yol kənarında dayanmış taksiyə yüksək sürətlə çırpılıb.
Qəza anında təhlükəsizlik qaydalarına əməl etmədiyi və təhlükəsizlik qayışını bağlamadığı müəyyən olunub. Zərbənin təsirindən motosikl kaskası başından çıxaraq uzağa düşüb. Ağır xəsarətlər alan gənc jurnalist xəstəxanada üç gün davam edən müayinələrdən sonra həyatını itirib.
Qeyd edək ki, Dayanna Truxilyo bir neçə ay əvvəl peşəkar fəaliyyətindəki uğurlarına görə “Qızıl Mikrofon” mükafatına layiq görülmüşdü.
Tehsil-press.az











