Boliviyada avtobus hündürlükdən düşdü, 21 nəfər öldü

Boliviyada avtobus hündürlükdən düşdü, 21 nəfər öldü Boliviyanın mərkəzi hissəsində avtobusun yarğana düşməsi nəticəsində azı 21 nəfər həyatını itirib.
Bu barədə ölkə Prezidenti Luis Arse tvitterdə bildirib.
Onun sözlərinə görə, qəza Koçabamba departamentində baş verib. 21 nəfər dünyasını dəyişib və 12 nəfər yaralanıb. O, həyatını itirən şəxslərin ailələrinə başsağlığı verib.
“Unitel” telekanalı xəbər verib ki, Kilyakolo şəhərinə doğru hərəkət edən avtobus 200 metr hündürlükdən düşüb. Hazırda xəstəxanada olan sürücünün sözlərinə görə, o, idarəetməni itirib, yolda qalxmış tozdan digər avtomobili gec görüb və onunla toqquşmamaq üçün anidən əyləci sıxıb.

Tehsil-press.az

Oxşar xəbərlər