Somalidə çay daşqınları nəticəsində 42 nəfər həyatını itirib

Somalidə çay daşqınları nəticəsində 42 nəfər həyatını itirib Somalinin cənub bölgəsində günlərdir davam edən leysan yağışları səbəbindən daşqın xəbərdarlığı edilib.
Somalinin informasiya naziri Daud Aveys sosial media hesabında verdiyi açıqlamada ölkədə yağan yağışlarla bağlı məlumat paylaşıb.
Şiddətli yağışların geniş dağıntılara səbəb olduğuna diqqət çəkən nazir sellərin yol xətlərini və körpüləri zədələdiyini bildirib.
Məktəblər və əkinçilik sahələri kimi bir çox yerlərin su altında qaldığını bildirən Daud Aveysin sözlərinə görə, güclü yağışlar səbəbindən 456 min insan evlini tərk etmək məcburiyyətində qalıb.
Daşqınlar nəticəsində ağır maliyyə itkisi yaşayan şəhərlərdə qayıqlarla xilasetmə əməliyyatları davam edir.
Somali Fəlakət İdarəsi Agentliyinin (SODMA) dünən verdiyi açıqlamada leysan yağışlarının səbəb olduğu çay daşqınları nəticəsində 42 nəfərin həyatını itirdiyi bildirilib.

Tehsil-press.az




Oxşar xəbərlər