Azərbaycanlı gənc rəssam, Azərbaycan Dillər Universitetinin (ADU) məzunu Vüsal Hümbətzadə Pakistanda keçirilən “Brend tələbə” rəsm müsabiqəsinin qalibi olub.Bu barədə Pakistan Müasir Dillər Universitetinin mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 23-də universitetdə təşkil olunan “Brend tələbə” rəsm müsabiqəsinin sərgisində Vüsal Hümbətzadənin əsəri münsiflər heyətinin qərarı ilə birinci yerə layiq görülüb.
Vüsal Hümbətzadə əldə etdiyi qalibiyyət münasibətilə universitetin rəhbərliyinə, həmçinin ona hər zaman dəstək göstərən Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyavaya, Milli Məclisin deputatları Pərvanə Vəliyevaya, Ülvi Quliyevə və Azərbaycan–Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmaləddin Qafarovaya təşəkkürünü bildirib.
Qeyd edək ki, Vüsal Hümbətzadə bundan öncə də bir neçə beynəlxalq rəsm müsabiqəsinin qalibi olub.
Tehsil-press.az














