Erməni əsgərdən İlham Əliyevə yalvarış məktubu

Erməni əsgərdən İlham Əliyevə yalvarış məktubu Erməni əsgər İlham Əliyevə kömək üçün müraciət edib.

Bir müddət əvvəl Bakını tərk etmiş məşhur erməni aktivist Vaan Emilyeviç Martirosyan haqqin.az redaksiyasına I Qarabağ müharibəsi əlilinin açıq müraciətini göndərib.
Məktubda Azərbaycan prezidenti İlham Əliyevə Ermənistanın rayonunun Arşaluys Eçmiyədzin kəndinin sakini Kadjazuna Ayrapetyanın müraciəti əks olunub. Birinci qrup əlil dövlət başçısına olduqca emosional məktubla müraciət edib. K.Ayrapetyan öz problemlərini tam səmimi olaraq ifadə edib, indiki erməni hakimiyyətinin idarə metodlarını təsvir edib. İ.Əliyevə müraciət edən erməni öz etirazını ifadə edib.
Məktubda erməni veteran Azərbaycan silahlı qüvvələrinə qarşı vuruşduğunu etiraf edir və bunun səbəblərini açıqlamaqda aciz olduğunu bildirib. İlham Əliyevdən maliyyə yardımı istəyən veteran özünə protez qoya bilmək üçün bu vəsaiti xahişı edir. Müharibə zamanı ayağını itirən birinci qrup əlil Ermənistan dövlətinin verdiyi pensiyanın dərmanlara güclə çatdığını bildirib.
Qarabağ veteranı 25 ildir ki, hökumətdən ev ala bilmədiyini, 7 nəfərlik ailəsi ilə balaca mənzilə yaşadığını söyləyib. Mən kommunal xidmətlərə görə ödəniş edə bilmirəm, budur artıq 4 ildir bizdə elektrik və su yoxdur. Uşaqlarını təhsil haqqını ödəyə bilmədiyim üçün universitetdən qovdular. Mənim bu vəziyyətim eyni ilə digər veteran dostlarımın da başına gəlib. Bir çoxu sadəcə aclıqdan küçələrdə ölürlər. Qarabağ veteranları bomj kimi yaşayır.
İlham Əliyevdən veteranlara kömək etməyi xahiş edib. Veteran bildirir ki, bizə xeyir əlini uzatsanız Robert Koçaryanı, Serj Sarkisyanı, həmçinin Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı Azərbaycana təslim edərdik. Yəqin ki, azərbaycanlılar məhz bunu gözləyirlər.
Erməni veteran Azərbaycanın kriminal hakimiyyətlə mübarizə apardığını və bu yolda bütün köməkliyi göstərməyə hazır olduqlarını bildirib.


Tehsil-press.az

Oxşar xəbərlər