Bu barədə "The Financial Times" qəzeti məlumat yayıb.
Qəzet bu barədə Britaniya işəgötürənləri arasında aparılmış sorğuya istinadən yazır.
Sorğunun nəticələrinə əsasən, iri müəssisələrin dörddə birindən çoxu 2026-cı il ərzində işçi sayını azaltmağı planlaşdırır. Risk qrupuna əsasən aşağı vəzifə pilləsində çalışan əməkdaşlar daxildir.
Böyük Britaniya Personal və İnkişaf İnstitutunun (CIPD) məlumatına görə, özəl sektor şirkətlərinin 26%-i, dövlət təşkilatlarının isə 20%-i növbəti 12 ayda fəaliyyətlərini optimallaşdırmaq məqsədilə ixtisar həyata keçirməyi planlaşdırır.
Tədqiqat göstərir ki, dəyişikliklər xüsusilə maliyyə xidmətləri sektoruna ciddi təsir edəcək - burada işəgötürənlərin 37%-i iş yerlərinin azalacağını gözləyir. Ardınca İT sənayesi gəlir (26%), daha sonra isə hüquq, mühasibat və konsaltinq sahələri (24%) gəlir.
Tehsil-press.az









