Hava bu tarixdən dəyişəcək

Hava bu tarixdən dəyişəcək "Sabah axşamdan etibarən hava dəyişəcək".

Bu sözləri Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova lent.az-a açıqlamasında bildirib.

"Bir neçə gündür ölkə ərazisində sabit hava şəraiti müşahidə olunur. Yaxın 2-3 gün ərzində, yəni noyabrın 14-ü və 15-i Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz, səhər və axşam bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. 15-i səhər saatlarında az çiskinli olacağı ehtimal edilir. Bölgələrdə də əsasən yağmursuz hava şəraiti olacaq.

Lakin noyabrın 14-ü axşamdan, 15-i axşama kimi bəzi yerlərdə arabir yağış yağacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 17-21, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti olacaq".

Tehsil-press.az

Oxşar xəbərlər