Tədbiri giriş sözü ilə Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Poliefir və polikarbonat materiallar laboratoriyasının kiçik elmi işçisi Günel Qurbanlı açaraq 1995-ci ildə qəbul olunan Konstitusiyanın müstəqil Azərbaycanın ilk Konstitusiyası, ölkəmizin tarixində isə dördüncü Konstitusiya olduğunu bildirib. “Konstitusiya ili” çərçivəsində həyata keçirilən tədbirlərin gənc nəsildə qanunvericilik mədəniyyətini artırmaq və vətəndaş məsuliyyətini möhkəmləndirmək məqsədi daşıdığını qeyd edib. Azərbaycan Konstitusiyası dövlətimizin hüquqi, siyasi və mənəvi dayağıdır. Dünənin müdrikliyi, bugünün təməli və sabahın yol göstəricisidir. Onu qorumaq və prinsiplərinə əməl etmək hər birimizin vətəndaşlıq borcudur.
Sonra institutun doktorantı Günay Nurəliyevanın çıxışı dinlənilib. Məruzəçi Konstitutusiyanın yaranma tarixindən, keçdiyi mərhələlərdən bəhs edib. Azərbaycanın beynəlxalq miqyasda hüquqa əsaslanan, güclü və ədalətli dövlət kimi tanınmasında Konstitusiyanın rolundan danışıb.
Tehsil-press.az


