Rektor 4 min manatlıq gül sifariş verdi

Rektor 4 min manatlıq gül sifariş verdi Azərbaycan İdman Akademiyası publik hüquqi şəxsi güllərin satınalınması ilə bağlı tender elan edib.

Tenderin qalibi fiziki şəxs Firuzə Əsgərzadə olub və tərəflər arasında 3 700 AZN dəyərində müqavilə bağlanıb.

Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacı oğlu Hacıyevdir.

Rektor Fuad Hacıyev kimdir?

Ali təhsilini başa vurduqdan sonra istehsalatda mühəndis-texnoloq kimi fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində, müstəqillik dövründə isə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətində məsul vəzifələrdə çalışıb.

1990-cı illərdə kommersiya və sahibkarlıq sahəsinə keçərək Qazax rayonunda qum-çınqıl karxanası və üzümçülük təsərrüfatı biznesi ilə məşğul olub.

Tehsil-press.az

Oxşar xəbərlər