Bakı Baş Səhiyyə Mərkəzi istilik sistemlərinin təmirinə 261 min manat ayırır
Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin strukturuna daxil olan tibb müəssisələrində mövcud istilik sistemlərinin təmiri ilə bağlı tender elan edib.
Təmir işləri üçün 261.622,01 AZN məbləğində vəsait ayrılıb.
Satınalma çərçivəsində paytaxtdakı səhiyyə müəssisələrinin istilik sistemlərinin yenilənməsi və təmirinin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda tenderin qalibi barədə məlumat açıqlanmayıb.
Tehsil-press.az
- Baxış: 180
Xəbərin tarixi: 24.07.2025 / 14:11
-
Oxşar xəbərlər